Rusiyanın Sankt-Peterburq şəhərində öz həmvətənlərinə qarşı quldurluq etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Mübariz Məmmədov saxlanılıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, M.Məmmədov bu cinayəti 2008-ci ilin payızında törətsə də bu günlərdə yaxalanıb.
Cinayət işinin materiallarından belə məlum olur ki, M.Məmmədov 2008-ci ilin oktyabr-noyabr aylarında digər şəxslərlə birlikdə Sofiya meyvə-tərəvəz bazasında anbarda çalışan Azərbaycan vətəndaşlarına qarşı quldurluq əməli törədib. Onlar azərbaycanlıları qarət edərək 2 milyon rubl pul aparıblar. Həmin pul azərbaycanlılardan birinə məxsus olub.
Hazırda M.Məmmədovun həbs edilməsi və ona qarşı rəsmi ittiham irəli sürülməsi məsələləri müzakirə olunur. İstintaqdakı mənbələr bildirib ki, M.Məmmədovla əlbir olan Elvin Əhmədov və Novruz Məmmədov iyulda digər cinayətə görə yaxalanıblar. Onlar yenə də Sofiya bazasındakı azərbaycanlılardan hədə-qorxu ilə pul almaqda suçlu bilinirlər. Bu iki cinayət işi bir icraatda birləşdiriləcək.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL