Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrinin Yaxın Şərqdən olan qaçqınlara münasibətini kəskin tənqid edib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Ərdoğan qərb ölkələrinin terrorizmə qarşı mübarizəsini qeyri ciddi adlandırıb və bu səbəbdən Aralıq dənizinin qaçqınların məzarına çevrildiyini deyib: "Mən heç bir humanist addımdan danışa bilmirəm. Avropa ölkələrinin bəziləri bu insanların yalnız bir hissəsini qəbul edirlər. Aralıq dənizində batan bizim insanlığımızdır".
Hazırda Türkiyəyə Suriyadan 2 milyona yaxın qaçqın sığınıb. Bu ilin əvvəlindən Yunanıstana 218 min insanın gəldiyi deyilir.
Bu arada Almaniyanın daxili işlər naziri Tomas de Mezyer də məsələyə münasibət bildirib: "İzmirdə hazırda on minlərlə insan Yunanıstana keçmək üçün fürsət axtarır. Mənim fikrimcə, biz bu axının qarşısını almaq üçün İzmirdə böyük qaçqın düşərgəsi inşa etdirə və oradakı insanların problemlərini həll edə bilərik. Bu, həm də həmin insanların qanunsuz yollarla Avropaya keçməsinin və faciələrin qarşısını alar".
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL