Vətəninfo.az məlumat verir ki, APA-nın Milliyet qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) sədri Kamal Kılıçdaroğlu koalisiya görüşmələrinə dair partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
"Davudoğlu bizə 2 təklif edib: qısamüddətli bir seçim hökuməti və ya "biz azlıq hökuməti qursaq bizi kənardan dəstəkləyə bilərsinizmi”, deyə Kılıçdaroğlu qeyd edib .
Kamal Kılıçdaroğlu vurğulayıb ki, Türkiyənin çox ciddi problemləri var, ən azı 4 il müddətinə davam edəcək koalisiya hökumətinin qurulması lazımdır: "Biz bu fikirlərimizi qarşı tərəfin diqqətinə çatdırdıq. Ancaq AKP üç ay ərzində müəyyən məsələləri həll etməyi, proqramı müəyyənləşdirməyi, daha sonra da seçkiyə getməyi təklif edirdi”.
Kılıçdaroğlu ümidsizliyə qapılmağa gərək olmadığını bildirib: "Türkiyə böyük, güclü və öz problemlərini həll etməyə qadir olan ölkədir. Biz xalqın bundan sonrakı təqdirinə hörmət edəcəyik. Əgər AKP hökuməti qura bilmirsə, vəzifəsini təhvil verəcək. Erkən seçkinin yeganə variant olduğunu doğru saymıram. 24 saat siyasət üçün çox uzun müddətdir".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL