Məşhur erməni kriminal avtoritet Sarqis Akopyan Gürcüstanın Axalkalaki rayonunun Xando kəndində (Cavaxk regionu) öldürülüb.
Ötən gün baş verən hadisəni bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.
Gürcüstan Daxili İşlər Nazirliyi həmçinin bu fakt üzrə cinayət işi qaldırıldığı barədə xəbər verib.
Xando kəndi yaxınlığında yolda meşədə pusqu quran şəxslər kriminal
avtoritetin maşınını Kalaşnikov avtomatindan atəşə tutub. Nəticədə,
avtomobil yoldan çıxaraq aşıb. Cəsədi aşkar edən yerli sakinlərdən biri
"112" xidmətinə zəng vurub.
"Əlavə detallar haqqında biz
hələ ki, heç nə deyə bilmərik. Cinayət işi başlanıb, araşdırma
aparılır", - deyə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin nümayəndəsi
Eka Atoşvili bildirib.
Yerli sakinlərin sözlərinə görə,
Sarqis ailəsiylə Axalkalakiyə tez-tez gəlirmiş. Bəzən o, öz
valideynlərini Moskvaya yanına aparırmış. Bu dəfə Sarqis öz ailəsiylə
Xandoya təxminən on gün əvvəl gəlibmiş. Axalkalaki rayonu Gürcüstanda
ermənilərin ən sıx məskunlaşdığı yerdir.(anspress)
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri