Əməkdar rəssam ABŞ-ın Nyu-York şəhərindəki xəstəxanalardan birində əməliyyat edilib.
İ.Məmmədovun əməliyyatdan sonrakı durumu yaxşıdır.
Hazırda rəssamın ailə üzvləri ABŞ-dadır.
Qeyd edək ki, İsmayıl Məmmədovun oğlu ABŞ-da yaşayır.
Xatırladaq ki, əməkdar rəssam İsmayıl Məmmədov 1948-ci ildə Bakıda doğulub.
1963-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. 1968-ci ildə İlya Repin adına Leninqrad (bugünkü Sankt-Peterburq) Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub.
Məşhur boyakar, istedadlı qrafık İsmayıl Məmmədov teatr rəssamlığı ilə ciddi məşğul olub. 1996-cı ildə Akademik Milli Dram Teatrının quruluşçu rəssamı, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışıb.
İsmayıl Məmmədov Akademik Teatrda İ.Əfəndiyevin "Hökmdar və qızı" , B.Vahabzadənin "Özümüzü kəsən qılınc" (Göytürklər), "Dar ağacı", Ə.Əmirlinin "Köhnə ev", "Varlı qadın" və s., Musiqili Teatrda Ü.Hacıbəylinin "O olmasın, bu olsun" və başqa tamaşalara səhnə tərtibatı verib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL