Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi «Media və cəmiyyət münasibətlərində media müzakirələri» adlı yeni layihəyə start verib. Şuradan “Vətəninfo.az”a daxil olan məlumata görə, layihədə məqsəd Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin problemlərin aradan qaldırılmasına effektik təsir mexanizminin formalaşmasına dəstək göstərməkdən ibarətdir. Əsas hədəflərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyətlə medianın əlaqələrini möhkəmləndirməkdir. İlin sonunadək həyata keçiriləcək layihə çərçivəsində ATƏT-in Bakı ofisinin, Mətbuat Şurasının, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, media ekspertlərinin iştirakı ilə «İctimai TV»də proqramların təşkili nəzərdə tutulur. Proqramlarda başlıca olaraq KİV-lərin iqtisadi çətinlikləri, jurnalistika təhsili, yeni media, diffamasiya və digər bu kimi məsələlər ətrafında müzakirələr təşkil olunacaq. Qeyd edək ki, layihə çərçivəsində ilk tədbirin bu günlərdə reallaşdırılması planlaşdırılıb.
Mirvari Nəcəf
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?