Vətəninfo.az xəbər verir ki, Bakıda 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb. Sürücü Elnur Məmədov idarə etdiyi “Ford" markalı mikroavtobusla üzü Lökbatan istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək maşını yolun təmir olunan hissəsinə qoyulan beton piltələrə çırpıb.
Qəza nəticəsində Çeçenistan vətəndaşı, 57 yaşlı Açmazova Kurcan aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Sürücü Elnur Məmmədov və maşında olan daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri alaraq 1 saylı şəhər Klinik xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Araşdırmalar nəticəsində məlum olub ki, ölən və yaralanan sərnişinlər Çeçenistan Respublikasının vətəndaşlarıdır. Onlar Bakıya "Sədərək" ticarət mərkəzinə alış-veriş üçün gəliblərmiş. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR