Oktyabrın 1-də Milli Məclis 2012-ci il payız sessiyasının ilk plenar iclasına başlayıb.
"Vətəninfo.az" xəbər verir ki, iclasda cari məsələlərə ayrılan vaxt zamanı gözlənildiyinin əksinə olaraq, Gülər Əhmədova mövzusu müzakirəyə çıxarılmayıb. Ümumiyyətlə bu mövzuda danışmaq üçün heç bir deputat cəhd etməyib. Daha sonra isə gündəliyə keçiblər.
Milli Məclis yeni komissiya yaratdı
Oktyabrın 1-də, payız sessiyasının ilk iclasında Milli Məclis beynəlxalq təşkilatlara və parlamentlərə zabit Ramil Səfərovla bağlı rəsmi mövqeni bildirmək üçün yeni komissiya yaradıb. Komissiyanın sədri Valeh Ələsgərov, üzvləri Rəfael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov, Sədaqət Vəliyevadır.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, son dövrlər Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı təzyiqlər göstərmək cəhdləri var: “Bu cəhdləri, qəbul olunan bəzi qərəzli sənədləri qabaqlamaq üçün belə komissiyanın yaradılması vacibdir. Ermənipərəst qüvvələr bu məsələdən istifadə edərək Dağlıq Qarabağ məsələsini gündəmdən çıxarmaq, Azərbaycana təzyiqlər göstərmək istəyirlər”.
Azərbaycan Milli Məclisinin payız sessiyası başladı
"Vətəninfo.az" xəbər verir ki, iclası spiker Oqtay Əsədov açaraq bildirib ki, toplantıda beynəlxalq tədbirlərə gedən bəzi deputatlar iştirak etmir. Bugünkü iclasın gündəliyinə 17 məsələ daxildir. Parlamentin bugünkü iclasında deputat Gülər Əhmədova ilə bağlı videoqalmaqal da müzakirə ediləcək.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri