Millimiz Avropa Liqasının finalına vəsiqə qazandı

Millimiz Avropa Liqasının finalına vəsiqə qazandı
Bu gün qadın voleybolçular arasında Avropa Liqasında yarımfinalın cavab görüşləri keçirilib.

Azərbaycan millisi Yunanıstanla qarşılaşıb.

İlk matçda olduğu kimi, cavab qarşılaşmasında da millimiz qələbə qazanıb. Bu oyun da 3:1 hesabı ilə başa çatıb.

Bununla da hər iki oyunda inamlı qəlbə qazanan Faiq Qarayevin yetirmələri tarixində ilk dəfə yüksəldiyi yarımfinal mərhələsindən sonra daha bir ilkə imza ataraq final oynayacaq.

Artıq finaldakı rəqibimiz də məlumdur. Voleybolçularımız Sloveniyanı 3:1 (ilk oyun 3:2) məğlub edən Slovakiya ilə qarşılaşacaq.

Final matçı 30 iyunda baş tutacaq.

Avropa Liqası, yarımfinal

Azərbaycan – Yunanıstan - 3:1 (25:22, 9:25, 25:15, 25:16)
İlk oyun: 3:1
Hakimlər: Nenad Davidoviç (Serbiya), İlaria Vanyi (İtaliya)
Bakı. "Azərreyl” Voleybol Bazası   /Apasport.az/
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az