Millimiz çempionatdan imtina etdi - Forma və qidaları yoxdur

Millimiz çempionatdan imtina etdi - Forma və qidaları yoxdur

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qatılmayacaq.

Buna səbəb yığmamızın komanda halında yarışdan imtina etməsidi.

Belə ki, son 6 ayda pul üzünə həsrət qalan voleybolçu və çalışdırıcılar Tiflisdə baş tutacaq seçmə görüşlərə getməkdə maraqlı deyil.

Vitamin, qida və nəqliyyat problemləri yaşayan komanda üzvlərinin meydana çıxması üçün heç formaları da yoxdu.

Mayın 19-da baş tutacaq seçmə mərhələnin oyunlarına yollanmaq üçün hələlik bilet belə alınmayıb.

Məlumatı yığmamızın baş məşqçisi Fərid Cəlalov da təsdiqləyib. O bildirib ki, komandanın durumu ürəkaçan deyil və millinin gələcək taleyi sual altındadı./APAsport/

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Gürcüstan, İsveç və İsveçrə ilə yanaşı I qrupda yer alıb. 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az