Millimizdən daha bir sensasiya - Çexiyadan da xal aldıq
Milli komandamız Çexiya səfərində sərfəli nəticəyə imza atdı: 0-0. Bu nəticədən sonra millimiz qrupda yerini daha da möhkəmləndirmiş oldu.
Qrupumuzun digər görüşlərində Almaniya Şimali İrlandiyaya 2-0, Norveç isə San-Marinoya 4-1 qalib gəldi.
Bu nəticələrdən sonra Almaniya 9 xalla qrup lideridir, Azərbaycan 7 xalla ikinci, Şimali İrlandiya 4 xalla üçüncü, Norveç 3 xalla dördüncü, Çexiya 2 xalla beşincidir. Sonuncu pillənin sahibi San-Marinonun hesabında isə xal yoxdur.
Miq.az