Millimizin sabiq çeçen futbolçusundan legoionerlərə nümunə

Millimizin sabiq çeçen futbolçusundan legoionerlərə nümunə
Azərbaycan yığmasının sabiq futbolçusu Deni Qaysumov milliləşən legionerlərə nümunə olub.

Miq.az apasport.az-a istinadən bildirir ki, 48 yaşlı sabiq müdafiəçi Rusiya vətəndaşı olsa da, Xocalı faciəsinə  biganə qalmadığını nümayiş etdirib.

O, qətliamdan xəbərsiz olan əksər əcnəbi yığma üzvlərindən fərqli, bu faciəyə münasibətini sosial şəbəkədə göstərib. Belə ki, karyerası ərzində Rusiya MOİK-i, "Terek" kimi klublarda oynamış futbol veteranı "feysbuk" səhifəsində faciəylə bağlı başsağlığı verib: "26.02.1992. Xocalı faciəsi. Azərbaycan. Azərbaycan xalqına başsağlığı verirəm".
 
1995-ci ildə milliləşdirilən çeçen futbolçu 1998-ci ilədək şərəfini qoruduğu yığmamızda 23 oyun keçirib. Karyerasını bitirəndən sonra isə Qaysumov "Terek"də müxtəlif vəzifələrdə çalışıb.
 
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az