Türkiyə mediası müğənni Miri Yusiflə Funda Ararın qalmaqalından yazıb.
Məqalədə həmyerlimizin qarşı tərəfi məkməyə verməsi vurğulanıb.
"Funda
Ararın üç gün əvvəl işıq üzü görən "Bağışla” mahnısının Azərbaycanın
tanınmış ifaçısı Miri Yusifə aid olduğu ortaya çıxıb. 2 il əvvəl oxuduğu
və "Ağ Qara" albomuna saldığı mahnının oğurlandığını görən ifaçı
"Fundanı bağışlamayacam” deyib. Bu yaxınlarda "Bağışla” sinqlını təqdim
edən Funda Arar Nihad Odabaşının rejissorluğu ilə mahnıya klip də
çəkdirib” deyə xəbərdə qeyd olunub.
Yazıda mahnının işıq üzü gördüyü DMC musiqi şirkətinin rəhbəri Samsun Dəmirin M.Yusiflə əlaqə saxladığı bildirilib.
"Miri
Yusif mahnının icazəsiz oxunduğunu görəndə, şok olub. O, Funda Ararla
məhkəmədə görüşəcəyini bildirib və "Onu bağışlamayacam" deyib. Məsələyə
Funda Arardan cavab gəlməsə də, prodüser Samsun Dəmir Miri ilə əlaqə
saxlayıb. Amma onun dedikləri azərbaycanlı ifaçının əsəblərini
sakitləşdirə bilməyib. İki məşhur bu qalmaqalı məhkəmədə həll edəcək”.
Qeyd
edək ki, Ararın dostu, türkiyəli şair Günay Çoban sosial şəbəkədə
bəstənin azərbaycanlı MC Murada aid olduğunu və ondan icazə aldıqlarını
yazmışdı.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?