2014-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycana 88,6 min mobil telefon və başqa naqilsiz rabitə vasitələri gətirilib.
Vətəninfo.az-ın məlumatına görə, "Turan" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, bu, 2013-cü ildəkindən 6,4% azdır.
2012-ci ildə isə bu göstərici 187,5 min ədəd idi.
İdxalın azalması onunla bağlı ola bilər ki, ölkədə telefonlar baha olduğu üçün xaricə gedənlər orada daha ucuz qiymətə şəxsi telefon alırlar. Onların idxalı isə gömrük vergisinə cəlb edilmir. Son vaxtlar ucuz brend Çin telefonları diqqəti cəlb edir. Şəxsi istifadə üçün idxal edilən telefonların gömrük uçotu aparılmır.
DSK-ya görə, 2014-cü ildə mobil telefon idxalı $5 mln 134,5 min manata başa gəlib, bu, 2013-cü ildəkindən 22,4 % çoxdur.
1 yanvar 2015-ci il üçün Azərbaycanda mobil rabitə istifadəçilərinin sayı 10 101,9 min nəfər olub. Bu, 2013-cü ildəkindən 3,9% çoxdur. Hər 100 nəfərə 107 (+2) mobil telefon düşür.
2014-cü ildə mobil rabitə operatorlarının qazancı 710,5 mln manat olub ki, bu da 2013-cü ildəkindən 6,4% çoxdur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL