Rusiya paytaxtında 30 faizədək restoran bağlanmaq təhlükəsi ilə üzləşib
Dünya bazarında neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi zərbə vurur və bu sahənin tənəzzülünə səbəb olur. Moskvadakı yüzlərlə restoranın bağlanması və bağlanmaq üzrə olması bunun real göstəricisidir.ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskvada və ətraf regionlarda restoran sahibləri ərzaq qiymətlərinin bahalaşmasına görə müştərilərin azalması və kirayə borclarını ödəyə bilməmək kimi problemlərlə üzləşir.Ümumiyyətlə, Moskvada adi restoranların sayı son 10 ildə xeyli artmışdı. Lakin Rusiyanın iqtisadi tənəzzülü, rublun dəyərinin düşməsi və inflyasiyanın artması restoran biznesini demək olar, sıradan çıxarıb.Rusiya Federasiyası Restoranlar və Otellər (FRİO) təşkilatının prezidenti İqor Buxarov deyib ki, bu il Rusiya paytaxtında 30 faizədək restoran bağlanmaq təhlükəsi ilə üzləşib. Restoranlar yalnız icarə haqqının bahalığı və ya ərzaq qiymətlərinin artmasına görə bağlanmır, bizim insanlar restorana yalnız yemək üçün deyil, vaxt keçirmək üçün gəlir.Onun sözlərinə görə, restoran sahiblərinin çoxu icarə haqqını dollar və ya avro ilə ödədikləri üçün Rusiya valyutasının dəyərinin düşməsi onların ödənişini iki dəfə artırıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR