"Mozalan" studiyasına yeni direktor təyin olunub.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev studiyaya yeni rəhbər təyin edilib: "Bir müddət əvvəl "Mozalan” studiyasına rəhbərlik Müşfiq Hətəmova həvalə olunmuşdu. Qısa müddətdə "Mozalan” studiyasında bir sıra islahatlar aparıldı, iki yeni film çəkildi, bu sahədə maddi-texniki baza gücləndirildikdən sonra rəhbərliyin əmri ilə studiyanın rəhbəri Əlisəttar Quliyev təyin olundu”.
V. Şixəmmədov qeyd edib ki, nazirin digər əmri ilə "Azərbaycanfilm” kinostudiyasının direktoru M. Hətəmova "Azanfilm” studiyasının direktoru vəzifəsi səlahiyyətləri müvəqqəti olaraq həvalə olunub: "Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər var və həmin tələblərin icrası Müşfiq Hətəmova həvalə olunub”.
Şöbə müdiri əlavə edib ki, bir müddət əvvəl "Azanfilm”in direktoru Fariz Əhmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL