Müdafiə Nazirliyi İrana hücum olacağı təqdirdə Azərbaycanın öz hərbi hava bazalarını İsrailin ixtiyarına verəcəyi barədə məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq “Reuters”in xəbərinin üzərində dayanmağa əsas görmədiklərini bildirib: “İnformasiyanın hansı niyyətlə dövriyyəyə buraxılması ilk baxışdan diqqəti cəlb edir. Görünür, agentlik özünü buna inandırmağa çalışıb”.
Nazirlik sözçüsü Azərbaycanın regionda siyasi və hərbi stabilliyin bərpasının tərəfdarı olduğunu və bütün münaqişəli hadisələrin hər şeydən öncə dinc şəkildə həllinə üstünlük verdiyini vurğulayıb: “O ki qaldı hərbi hava bazaları məsələsinə, bununla bağlı qeyd etmək istərdik ki, bazaların istifadəsi yalnız Azərbaycanın özünə aiddir və bu məsələdə başqa mövzunun gündəliyə daşınmasına ümumiyyətlə, ehtiyac yoxdur”.
Qeyd edək ki, “Röyters” agentliyi Vaşinqtondan icazəsiz İrana hücum olacağı təqdirdə İsrailin Azərbaycana arxalanmaq, İranı vurmaq üçün İsrailin Azərbaycan hərbi hava bazalarından yararlanmaq niyyətində olduğunu yazıb.
Agentlik bu məlumatları Azərbaycandakı keçmiş ordu zabitlərinə və Rusiyanın kəşfiyyat mənbələrinə istinadən yazdığını bəyan edib.
Qeyd olunub ki, hazırda Azərbaycan və İsrail əməliyyat başlayacağı təqdirdə hərbi bazalardan necə yararlanmağın yollarını birgə müzakirə edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR