Gecə saatlarında paytaxt sakini, 25 yaşlı Balayeva Əminə Araz qızı qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Dərhal üzərində cərrahiyyə əməliyyat aparılan gənc qızın müalicəsi hazırda xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Məlumata görə, Əminə Balayeva bıçaq xəsarətinə bənzər yaranı Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yaşadığı evdə alıb. Onun yaxınları həkimlərlə söhbətində bildirib ki, 25 yaşlı qız məişət işləri görən zaman ehtiyatsızlıqdan yıxılıb və yerə düşmüş bıçaq onun qarnına batıb.
Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb. Gənc qızın, eləcə də onun ailə üzvlərinin ifadəsi də alınıb. Hadisənin həqiqətən bədbəxt hadisə, yoxsa qəsd olduğu araşdırılır.
APA TV
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL