Özcan Dənizin Ramazan ayının başlaması münasibətilə İnstaqram səhifəsində paylaşdığı ictimai əhəmiyyətli mesaj böyük səs-küyə səbəb olub.
Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, məşhur müğənninin televiziya kanallarında veriliş aparan din adamlarını və iftar süfrələrindəki dəbdəbəni tənqid edən paylaşmında bunlar yazılıb:
“Yenə zəngin süfrələr qurulacaq, yenə imsak və iftarda 5 qat artıq yeməklər yeyiləcək və otellərdə, restoranlarda artıq qalanlar zibilliyə atılacaq, yenə aclıqdan əsəbi pozulanlar oruc tutmayanlara hücum edəcək, yenə din adamları televiziya kanallarında kədərli musiqilərin müşayiəti ilə pul müqabilində əsassız danışacaqlar. İftar məclisləri, tele-şoular təşkil ediləcək, yenə “oruc tutmanın” bütün səbəbləri unudulub “gün boyu ac qalıb azanla birlikdə yeməyə hücum etmək” kimi başa düşüləcək. İsrafdan uzaq, nəfsinə hakim, Allaha yaxın bir Ramazan keçirməyiniz diləyi ilə xeyirli Ramazanlar..."
Özcan Dənizin bu tənqidi yazısına onun pərəstişkarları da dəstək verib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL