Müəssisələr Əmək qanunvericiliyinin tələblərinə necə əməl edir?- Pərvin Abbasovdan AÇIQLAMA

Müəssisələr Əmək qanunvericiliyinin tələblərinə necə əməl edir?- Pərvin Abbasovdan AÇIQLAMA


Bugünkü müsahibimiz əmək qanunvericilyi sahəsində mütəxəssis Pərvin Abbasovdur. Onunla Əmək qanunvericiliyi sahəsində Dövlət tənzimlənməsinin necə həyata keçirilməsi ilə bağlı sual cavabımızın maraqlı olduğunu nəzərə alıb, oxucularımızın da diqqətinə çatdırırıq. Pərvin Abbasov əmək qanunvericiliyi sahəsində Dövlət tənzimlənməsi, işçilərin və işəgötürənlərin hüquqlarından və qarşılıqlı öhdəliklərindən verdiyimiz sualları belə cavablandırır:

- Əmək qanunvericiliyi sahəsində Dövlət tənzimlənməsi necə həyata keçirilir?

-Azərbaycan Respublikasının Konstitusiyası sosial dövlətin prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Azərbaycan Respublikası Konstitusiyasının preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir.  Azərbaycan Respublikasının Konstitusiyası sosial dövlətin təsvirini verməsə də dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur (16-cı maddənin I hissəsi). Dövlətin sosial dövlət kimi tanınması üçün Konstitusiya dövlətin diqqət sahəsində olan sosial siyasətinin konturlarını və vəzifələrini özündə əks etdirir (maddə 35, 38).

Beləliklə, Konstitusiyanın müddəalarına görə dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür.

Ölkədə planlı təsərüfatdan bazar iqtisadiyyatına  keçid, mülkiyyətin müxtəlif formalarla həyata keçirilməsi, əmək şərtlərinin müəyyən edilməsi, müqavilələrin xüsusi əhəmiyyət kəsb etməsi, əməyə aid beynəlxalq normativ aktların, eləcə də əmək münasibətlərində əmək kollektivlərinin rolunun artması, yeni əmək münasibətlərinin yaranması və digər hallar Əmək Məcəlləsində yeni dəyişikliklərin qəbul edilməsinə şərait yaratmışdır.

Əmək Məcəlləsinin mahiyyəti və məzmunu Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gəlir. Belə ki, Konstitusiyanın 35-ci maddəsinin müddəalarına görə hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüqüqu vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Əmək Məcəlləsi işəgötürənlə işçi arasındakı münasibətləri tənzimləyən mexanizmi özündə əks etdirir.Məcəllədə işəgötürəndən daha çox işçiyə hüquqlar tanınmışdır ki,bu da insan hüquq və azdlıqlarına nə qədər hörmət edildiyinin bariz nümunəsidir.

- Bugünkü gün sahibkarlıq sahəsində yoxlamalar dayandırılmışdır. Müəssisələr Əmək qanunvericiliyinin tələblərinə necə əməl edir?

-Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqındakı məlum Fərmandan sonra Müəssisələr əmək münasibətlərində bir çox hallarda Əmək Məcəlləsinin tələblərini pozur, işçiləri qanunla və əmək müqaviləsi üzrə müəyyən etdiyi hüquqlardan məhrum edir. Müəssisə rəhbərlərinin və müəssisənin insan resursları üzrə mütəxəssislərinin Əmək qanunvericiliyi sahəsində yetərincə təcrübəli  olmaması yekunda onların inzibati cərimə ilə üzləşməsinə gətirib çıxarır. Bir çox hallarda Müəssisənin insan resurslarının idarə edilməsi üzrə mütəxəssisləri yoxlamaların dayandırıldığına əsaslanaraq İşəgötürənlərə öz mülahizələrinə əsasən məsləhətlər verirlər.Müəssisənin kadr üzrə mütəxəssisləri sanki bir arxeyinliklə işlərini aparırlar.

Bu günlərdə Dvlət Əmək Müfəttişliyi Xidməti cari ilin altı aylıq statistikasını açıqlamışdır. Statistik məlumatlardan da göründüyü kimi Əmək müqaviləsi üzrə öhdəliklərini pozan  işəgötürənlər vardır. Bəzən tətbiq olunan inzibati tənbeh tədbirləri belə işəgötürənləri əmək hüquqununun pozulması hallarından çəkindirmir.

- Sahibkarlara bu sahədə nə məsləhət görərdiniz?

- Bir çox inkişaf etmiş ölkələrdə Müəssisələr fəaliyyətinin bir hissəsini Autsorsinq şirkətlərə həvalə edir. Burada məqsəd Sahibkar yalnız öz fəaliyyət istiqaməti üzrə biznesi ilə məşğul olur.Müəssisədə yaranabiləcək əmək mübahisələrinin həlli və ya tətbiq olunacaq inzibati cəriməni Autsorsinq xidməti aparan şirkət öz üzərinə götürür.Qeyd olunanlara əsaslanaraq Müəssisə rəhbərlərinin nəzərinə çatdırırıq ki, Əmək qanunvericiliyi sahəsində müəssisədə aparılan işlərin qanunauyğunluğu haqqında məlumatlı olmaları üçün tərəfimizdən Audit xidməti aparılır və yekunda tam təfsilatı ilə RƏY verilir.

Gəlcəkdə Əmək qanunvericilyi sahəsində yaranmış mübahisəli məsələlərdə ekspert rəyi hazırlayıb aidiyyatı üzrə təqdim edirik.
Xidmətimizdən Respublika ərazisində fəaliyyət göstərən bütün işçi və işəgötürənlər istifadə edə bilərlər.

"Main Development Consulting” MMC
055-287-12-21
mdsbaku@mail.ru



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az