"Müharibə tədricən Rusiya torpaqlarına keçir" - Zelenski
"Bu gün Rusiya rəhbərliyinin bir-iki həftəyə başa vurmalı olduğu xüsusi hərbi əməliyyat adlandırılan müharibənin 522-ci günüdür".
Miq.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "X" (əvvəlki adı tviter - red.) sosial şəbəkəsində yazıb.
"Müharibə tədricən simvolik mərkəzlərə, hərbi bazalara və Rusiya torpaqlarına daxil olur", - deyə Zelenski yazıb.
Ukrayna lideri əlavə edib ki, Kiyev keçən il olduğu kimi Rusiyanın bu qış da enerji sektoruna və mühüm obyektlərə hücum edə biləcəyindən xəbərdar olmalıdır.
Miq.Az