Ömürlük məhbus Qobustan həbsxanasında öldü

Ömürlük məhbus Qobustan həbsxanasında öldü

Azərbaycanda həbsxanada ölüm hadisəsi qeydə alınıb.

VİZUAL.az xəbər verir ki, hüquq müdafiəçisi Eldar Zeynalov APA-ya bildirib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Atakişiyev Şəyavuş Mehdi oğlu ölüb.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında faktı təsdiq edib. O, S. Atakişiyevin vəziyyətinin qəflətən pisləşdiyini bildirib: "Məhbus ürək xəstəliyindən əziyyət çəkirdi. Dəfələrlə müalicə müəssisəsində müalicə olunub. Noyabrın 15-də axşam saatlarında saxlanıldığı kamerada vəziyyəti pisləşib və dünyasını dəyişib”.

Qeyd edək ki, S. Atakişiyevin barəsində 1992-ci ildə ölüm hökmü çıxarılıb. Lakin 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv olunub. Bundan sonra onun barəsində olan cəza ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az