Müşfiq Abbasov həbs edildi - YENİLƏNDİ

Müşfiq Abbasov həbs edildi - YENİLƏNDİ

Baş Prokurorluq hüquqşünas Müşfiq Abbasovun həbsi barədə məlumat yayıb

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 23 fevral tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.

 

***

18:14

 

Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

 

Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

 

Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

 

Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az