Füzuli rayonunun Əhmədbəyli kəndində inşa edilən musiqi təmayüllü gimnaziyanın binasında tikinti işləri başa çatıb.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, 340 şagird yerlik bina 3 korpusdan ibarətdir. Əsas korpus 3 mərtəbədən, yataqxana, yeməkxana, musiqi və akt zallarından ibarət olan 2-ci və 3-cü korpuslar isə ikimərtəbəlidir. Gimnaziyanın binasında fizika, kimya, biologiya kabinələri və laboratoriyalar, 3 kompyuter otağı, kitabxana, yeməkxana, idman, akt və musiqi zalları yaradılıb, istilik və müşahidə sistemi quraşdırılıb. İnventar və avadanlıqlar gətirilib. Həyətdə abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, futbol meydançası yaradılıb.
Gimnaziya binasının yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL