Amerikanın NASA kosmik agentliyinin mütəxəssisləri Yupiterin müşahidəsinə dair video-hesabat təqdim ediblər.
Ultra HD ilə fövqəldəqiq çəkiliş daha öncə görünməyən detalları nəzərdən keçirməyə imkan verib.
Alimlər Hubble kosmik teleskop vasitəsilə çəkilən şəkillərdən istifadə ediblər. Mütəxəssislər yalnız planetin xəritəsini çəkməyiblər, onlar həmçinin planetin səthində baş verən dəyişiklikləri də müşahidə ediblər.
Tədqiqatçılar külək və qasırğaların istiqamət və qüvvəsinin dəyişməsini qeydə alıblar. Çarxda bir yer ili ərzində böyük qırmızı ləkənin rəngi və ölçüsünün dəyişməsi görünür. Ləkə 240 km qısalaraq forması yuvarlaqlaşmağa başlayıb, ləkənin içində isə astornomlar qəribə ipşəkilli formalaşmalar aşkar ediblər. Bu formalaşmalar hələ tədqiq ediləcək.
Yupiterdə böyük qırmızı ləkə nəhəng uraqan-antisiklondur, Günəş sistemində ən iri atmosfer burulğanıdır. Onun ölçüsü 24-40 km uzunluqda, eni isə 12-14 kmdir. Daha iki şəkildə alimlər nəhəng dalğa aşkar ediblər, indiyə qədər onu yalnız bir dəfə 1977-ci ildə "Voyadjer-2” kosmik aparatının yardımı ilə görmüşdülər.
Yaxın günlərdə Uranın, Neptunun və Satrunun analoji xəritələri təqdim ediləcək.oxu.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL