Amerikanın Milli Aerokosmik Agentliyi (NASA) öz saytında bu gün mühüm mətbuat konfransının keçiriləcəyinə dair elan yerləşdirib.
Vətəninfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq mətbuat konfransında "Marsın sirrinin açılmasından” bəhs olunacaq.
Bu elan geniş rezonansa və müxtəlif versiyalara səbəb olub. Ola bilsin ki, NASA alimləri Marsda maye halında olan su aşkar edildiyini elan edəcəklər. Hərçənd ki, başqa variantlar da mümkündür. Məsələn, Marsda həyat əlamətlərinin tapılması kimi.
CNN bildirir ki, NASA-nın press-relizində hansısa əlavə təfərrüatlar yer almır, ancaq brifinqin iştirakçılarının siyahısı verilib. Onlardan üçü bu həftənin ortalarında Avropa planetelogiya konqresində təqdim olunacaq hesabatın müəllifləridir.
Hesabat müəllifləri bildirirlər ki, Marsın səthində müntəzəm olaraq peyda olan qara kölgələr duzlu suyun izləridir. Marsın səthində sabit maye mənbəyinin olması bir sıra suallar yaradır. Bu, o cümlədən planetdə həyat mənbəyinin olmasından xəbər verə bilər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL