Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Vizual.az-a verilən məlumata görə, kollegiyada IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunları, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALISA) tətbiqi, Gəncə şəhəri və Şəmkir rayonu ərazisindəki tarixi abidələrin vəziyyəti, İmişli, Zərdab və Qax rayonlarının mədəniyyət və turizm şöbələrində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri müzakirə olunub.
Kollegiyada şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli rayon mədəniyyət və turizm şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.
Qərara alınıb ki, 65 yaşının tamam olması ilə əlaqədar müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab rayon mədəniyyət və turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin.
Kollegiyanın iclasına yekun vuran Əbülfəs Qarayev müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL