“Neft bahalaşacaq”-OPEK
OPEK ABŞ-ın neft istehsalçıları ilə danışıqlar aparmaq istəyir.
Bunu neft qiymətlərinin yüksələcəyini bildirən OPEK-in Baş katibi Abdulla Səlim Bədri ABŞ-da təşkil edilən enerji konfransında deyib.
"Bu günə qədər Rusiya, Çin, Avropa və Yaxın Şərqdəki neft istehsalçıları ilə ucuz qiymətlər və sənayenin çətin vəziyyəti haqqında müzakirələr aparmışıq. ABŞ-ın slans neft istehsalçıları ilə isə hələ danışa bilməmişik. Onlarla danışıqlar aparmaq lazımdır. ABŞ-ın neft istehsalçıları da ucuz qiymətlərdən mənfi təsirlənib. ABŞ neftini uzun illərdir izləyirik. Lakin qiymətlər çox aşağıdır. Tarazlıq tapmalıyıq. Hazırda dünyada 300 milyon barreldən çox xam neft ehtiyatı var. Hasilat azaldılmalıdır. OPEK amerikalı istehsalçılarla əməkdaşlıq etməyə hazırdır. Neft uzun illər 100 dollardan artıq olub və bazar buna öyrəşib. Qiymətlər yüksək qalmadığı kimi, bu qədər aşağı da olmayacaq. Hazırkı ucuzluq keçicidir”.
Miq.az