“Neftçi” Avropa Liqası ilə vidalaşdı

“Neftçi” Avropa Liqası ilə vidalaşdı

İyulun 21-də Bakının "Neftçi” klubu da Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab görüşünü keçirib.

"Neftçi” səfərdə Makedoniyanın "Şkendiya” komandası ilə üz-üzə gəlib.

"II Filip” stadionunda keçirilən matçda Vəli Qasımovun komandası rəqibinə minimal hesabla məğlub olub. Makedoniyalılar 31-ci dəqiqədə Besart İbraiminin qolu ilə hesabı açıb-1:0. Qalan vaxtda isə tabloda rəqəmlər dəyişməyib.

Paytaxt təmsilçisinin Bakıda keçirdiyi ilk görüş qolsuz bərabərliklə başa çatmışdı. İki görüşün nəticəsinə görə, meydan sahibi "Şkendiya” bu qalibiyyəti sayəsində üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Makedoniya klubu növbəti mərhələdə Çexiyanın "Mlada Boleslav” komandasına rəqib olacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az