Moskvanın Saxarov mərkəzində müxalifətçi Boris Nemtsovla vida mərasimi keçirilir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, vida mərasimi başa çatdıqdan sonra mərhum Moskva vaxtı ilə 15:30-da Troekurov qəbiristanlığında torpağa tapşırılacaq.
Boris Nemtsovun dəfnində Avropa Birliyinin üzvü olan bütün 27 dövlətin Rusiyadakı səfirləri iştirak edəcək. Bundan başqa, ABŞ-ın Rusiyadakı səfiri Con Tefft də mərasimə qatılacaq.
Artıq məlumdur ki, prezident Vladimir Putin və baş nazir Dmitri Medvedev mərasimə qatılmayacaqlar. Putinin Dövlət Dumasındakı təmsilçisi Harri Minx onların adından matəm tədbirində iştirak edəcək.
Rusiya Federasiya Şurasını isə Boris Nemtsovla vida mərasimində Yaroslavl vilayətindən olan senator Viktor Roqotskiy təmsil edəcək.
Dövlət Dumasının ayrı-ayrı deputatlarını çıxmaq şərti ilə spiker, vitse-spiker və komitə sədrlərindən heç biri keçmiş həmkarlarını son mənzilə yola salmağa getməyəcəklər.
Boris Nemtsovla vida mərasiminə qatılanlar arasında “Rosnano” şirkətinin prezidenti Anatoli Çubays, “Alfa bank”ın həmtəsisçiləri, milyarder Mixail Fridman və Oleq Sısuev, “Rosatom”un rəhbəri Sergey Kirienko, Rusiyanın keçmiş maliyyə naziri (2000-2011) Aleksey Kudrin, müxalifətçi milyarder Sergey Proxorov, Dövlət Dumasının deputatları Dmitri Qudkov, Aleksandr Yuşenko və Aleksey Kornoenko olacaqlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR