Nəsimi rayon Qaz istismarı idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş təqdimat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Baş Prokurorluqdan “Vətəninfo”ya verilən məlumata görə, müəyyən edilib ki, "Azəriqaz" İstehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə edilmiş təbii qaza görə Nəsimi rayon Qaz istismarı idarəsinə yaranmış 295.724 manat əsas borc məbləğinin ödənilməsini tələb edib. Həmin müraciət 1 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apellyasiya məhkəmələrində araşdırılarkən Nəsimi rayon Qaz istismarı idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş aktların saxtalaşdırılaraq institutun əsas borc məbləğinin 33.531 manat olduğu halda 295.724 manat kimi göstərilməsi müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR