Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki "uchildiz.uz" portalında azərbaycanlı alimi, fəlsəfə elmləri doktoru Cabbar Məmmədovun "О некоторых спорных вопросах относительно родины и национальности Низами Гянджеви" adlı məqaləsi yer alıb.
Materialda böyük filosof şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilir, "Xəmsə"nin dünya mədəniyyətinin inciləri sırasına düşdüyü qeyd olunur. Məqalədə deyilir ki, böyük şairin bu əsərlərinə Azərbaycan, türk, fars, ərəb, özbək və digər dillərdə yüzdən artıq nəzirə yazılıb.
Qeyd olunur ki, Nizami Gəncəvinin yaradıcılığı ancaq Şərqin deyil, həm də Qərb dünyasının sərvətidir. Haqlı olaraq böyük düha sahiblərindən biri Nizami Gəncəvini bütün xalqların və bütün zamanların dahi şairi adlandırıb. Vurğulanır ki, Nizaminin əsərlərinə çəkilmiş illüstrasiyalar Londondakı Britaniya, Parisdəki Luvr muzeylərində, İstanbuldakı Topqapı, Moskvadakı Tretyakov qalereyalarında və digər yerlərdə saxlanılır.
Məqalə tarixi faktlara əsaslanaraq Nizami Gəncəvinin doğulduğu və yaşadığı yer haqqında araşdırmanı da özündə əks etdirir.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL