Əməkdar artist Nahidə Orucovanın evində məskunlaşan və yataq xəstəsi olan xalq artisti Nuriyyə Əhmədova həmkarının evini tərk edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Lent.az-a aktrisa Nahidə Orucova məlumat verib. O bildirib ki, yaradıcılıq işləri çox olduğuna görə N.Əhmədovaya qulluq edə bilməyib:
“Bilirsiniz ki, Nuriyyə xanım xəstədir. Evi olmadığına görə bizdə qalırdı. Amma daha sonra baxa bilmədiyim üçün onu bacısıgilə qoyduq. Hamı bilir ki, mən səhnə adamıyam.Yaradıcılıq işlərimlə əlaqədar olaraq daim qaça-qaçda oluram. Ona görə də mən Nuriyyə xanıma baxa bilmədim”.
Qeyd edək ki, N.Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bir müddət xəstəxanada nəzarət olunan aktrisa daha sonra həmkarı N.Orucovanın evində müalicə olunurdu.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL