"O, heç kimlə yola getmir"
"Anar Mədətovu neçə ildir tanıyıram. Kənarda kimsə ünvanımıza
nəsə desə, bir-birimizi müdafiə edərik, tərəfin saxlayarıq. Amma üz-üzə
gələndə yola getmirik”.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, bu
sözləri aparıcı Ülvira Qarayeva "Evdəyik" verilişində deyib. O,
prodüserlə həmişə dalaşdığını etiraf edib:
"Anarla həmişə
dalaşırıq. Mən ilanla yola gedən biriyəm. Amma Anarın pis xasiyyəti var.
O, heç kimlə yola getmir. Özü pis dost deyil. Ən çətin anında zəng
edib, kömək istəsən, geri çevirməz”.