Almaniyanın ABŞ-dakı səfiri Peter Vittix bildirib ki, Ağ Ev rəhbəri Barak Obama Angela Merkellə görüşdən sonra Ukraynaya silah göndərməkdən imtina edib.
Səfirin sözlərinə görə Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Barak Obamanı Ukraynada sülh və sabitliyin bərqərar olması üçün diplomatik, siyasi səylərin vacibliyinə inandırıb.
ABŞ-ın Ukraynaya silah göndərməkdən imtina etməsi Qərbin aparıcı mətbuat orqanlarının əsas mövzularından birinə çevrilib.
Modern.az saytının verdiyi xəbərə görə “New York Times” qəzeti yazıb ki, ABŞ hakimiyyəti Ukraynaya hərbi yardım edilməsi barədə qərar verə bilər. Nəşrin məlumatına görə Ukraynaya silah vermək məsələsində ABŞ Ağ Ev administrasiyası üzvlərinin və senatorların təkidi ilə üzləşən Barak Obama fikrindən daşınıb.
“Çünki Amerika kəşfiyyatı son günlər Ukrayna sərhədini keçən yeni Rusiya tanklarını və artilleriyasını aşkar edib”,-deyə nəşr bildirib. Qəzet yazıb ki, Barak Obama Ukraynanın silahlandırılması perspektivinin Rusiyanın sərt tədbirlərə əl atacağı ehtimalını nəzərə alaraq fikrindən daşınıb.
“Görünür, bununla da Obama Avropadakı partnyorlarının Ukraynanın silahlandırılmaması ilə bağlı mövqeyini dəstəkləməyə hazır olduğunu göstərib”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR