Nyu-Yorkda yaşayan Özbəkistan vətəndaşı Abdurasul Curabayev terrorçuylara görə müharibə aparmaq niyyətində olduğuna görə 15 il azadlıqdan məhrum edilə bilər.
Vətəninfo.az məlumat verir ki, Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, gənc özbək terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) simpatiyasını gizlətmir və məhkəmədə etiraf edib ki, ABŞ prezidenti Barak Obamanı öldürmək istəyib.
"Aydındır ki, Abdurasul Curaboyev İŞİD-ə maddi dəstək vermək və Suriyada vuruşmaq istəyib, əgər bu planı yerinə yetirməsəydi onu bu təşkilata cəlb edənlərə saytlardan birində ya ABŞ prezidentini öldürəcəyini, ya da Koni-Aylenddə terror aktı törədəcəyini vəd edib”, - polis komissarı Uilyam Bratton bəyan edib.
Curaboyevlə birgə 19 yaşlı Axror Saydahmetov və 30 yaşlı Abror Qabibov da tutulublar. İstintaqdan verilən məlumata görə, onlar İŞİD-in sıralarına qoşulmaq üçün ABŞ-dan Türkiyəyə gedib Suriyaya keçməli idilər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL