Saxlanma şəraitinin araşdırılması məqsədilə MSY-nin müvafiq otaqlarına baxış keçirilib, havaların isti keçməsi ilə əlaqədar havalandırma və soyutma sisteminin çalışdığı müşahidə edilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları, kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılıb. Habelə Ombudsman Aparatının əməkdaşları həmin müəssisədə 16 nəfər saxlanılan şəxsi fərdi qaydada qəbul edib, onlarla təkbətək söhbətlər aparılıb.
MSY-də saxlanılan şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları və ombudsmanın səlahiyyətləri izah olunub, hər birinə hüquqi məsləhətlər verilib.
Həmin müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları"na uyğun şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılıması ilə bağlı müvafiq tövsiyələr verilib.