Müasir dövrün zərərli vərdişi hesab edilən oturaq həyat tərzi insan orqanizmində xəstəliklərin baş qaldırmasında başlıca rol oynayır.
AZƏRTAC "Focus-online” saytına istinadla xəbər verir ki, belə bir qənaətə Almaniyanın aparıcı elm adamları gəliblər. Alimlərin fikrincə, 8 saat və daha çox ofis rejimində gününü oturaq məşğuliyyətlə keçirən şəxs psixi və fiziki sağlamlığını təhlükə altında qoyur.
Mütəxəssislər hesab edir ki, oturaq həyat tərzi bağırsaq və ağciyər xərçəngi, şəkərli diabet, ürək xəstəlikləri və bir sıra bədən ağrılarının yaranma riskini artırır. Araşdırmanın nəticəsinə görə, baş ağrılarının 70 faizi də uzun müddət oturmaqdan irəli gəlir. Saatlarla ofis stulunda gününü keçirən insanın zehni məhsuldarlığı minimuma enir.
Həftə ərzində 42 saatdan çox oturaq həyat tərzi keçirən şəxsdə depressiya və ruh düşkünlüyü kimi psixi xəstəliklər baş qaldırır.
Tibb alimləri bildirirlər ki, həddən çox oturmaq bel sütunu və damarların da düşmənidir. Oturaq vəziyyətdən yüklənən onurğa sütunu və bel əzələsində xroniki ağrılar meydana gəlir. Xüsusilə ayaq damarlarında qan dövranı 60 faiz zəifləyir. Belə həyat tərzi piylənməyə də yol açır. Bədəndə kalori sərfi azalır və köklüyə meyillik başlayır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL