Vətəninfo.az xəbər verir ki, Bakının Səbail rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Neftçilər prospektindəki Dəniz vağzalının yaxınlığında qeydə alınıb. Sürücü Pərviz Babazadə idarə etdiyi “ Kia Sportage” markalı avtomaşınla prospektlə hərəkətdə olarkən, yolun qadağan olunmuş hissəsində dayanan "Mercedes" markalı avtomobili vurmamaq üçün avtomobili sola çəkib. Sürət yüksək olduğundan idarəetməni itirən sürücü əvvəlcə avtomobili "Mercedes"ə çırpıb. Daha sonra yol kənarında dayanan, hələlik sürücüləri məlum olmayan “Jeep Grand Cherokee” və “Hyundai Elantra” nı vurub. Sonra isə yaşayış binasına çırpılıb. "Hyundai" isə qarşısında dayanan “ Galenvagen”ə, sonra isə "Ford Focus"a çırpılıb.
Hadisəyə səbəb olan "Mercedes"in və "Kia"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. "Mercedes"in sürücüsünün vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb. Yol nəqliyyat hadisəsində bütün avtomobillər yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Mercedes"in sürücüsünün avtomobili yolun qadağan olunmuş hissəsində saxlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR