Qafqazda yəhudilərin məskunlaşması, Qafqaz Albaniyasının olması daima bu bölgədə tolerantlıq olduğunu göstərib. İslamı qəbul etdikdən sonra da digər dinlərə qarşı dözümlü olmuşuq.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri "Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu” adlı forumda çıxış edib.
Onun sözlərinə görə, dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır: "Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd və onlarla birlikdə kitablar göndərilib.
Bütün dinlər hazırda baş verənləri tənqid edir. Maraqlıdır, peyğəmbərlərdən hansısa bu gün sağ olsaydı, dünyanın hansı ölkəsində yaşamaq istərdi?! Mən belə düşünürəm ki, Azərbaycanda yaşamaq istəyərdilər”.
Tədbirdə Millətlərarası, Multikukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Milli Məclisinin vitse-prezidenti Bahar Muradova, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qafqaz Müsəlmanlar İdarəsinin sədrinin müavini Qəmər Cavadlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri çıxış ediblər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL