Səbri Musayevin ANS PRESS-ə verdiyi məlumata görə, PKK-nın
saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş. "Türk şirkətinə məxsus
avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov
saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin
pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar".
Tələbənin
sözlərinə görə, terrorçular sərnişinləri düşürdüşdən sonra avtobusu
dərədən aşırıblar. "İndi onu çıxarmaq üçün texnikanı gözləyirlər".
S.Musayev
deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub. Bizi saxladıqları
müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə
çağırışlar ediblər.
Ötən
gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu
bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var. Bu
barədə məlumatı ANS PRESS-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı
tələbə verib. Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın
azərbaycanlı olub.
"Avtobusda olanlar Ərzuruma
müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım
Səbrin də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan
sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə
bilmirlər".
ANS PRESS-in "İHA”ya istinadən
verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan
terrorçular Kağızman bələdiyyəsinə aid avtobusu və 3 TIR-ı od vuraraq
yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik
tədbirlərini gücləndiriblər.
Xatırladaq ki,
iyulun 17-də PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına
səbəb olub. İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan
Naxçıvana sərhəd keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK
üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından
düşürdükdən sonra avtomobilə od vurublar.
Naxçıvan sərhəddində yandırılan TIR
Terror təşkilatı mütəmadi olaraq Qars-Ərzurum-İqdır magistralında avtomobillərər hücum edir, maşınları yandırır.
Türkiyədə
iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda 32 nəfərin ölümü ilə
nəticələnən terror aktından sonra genişmiqyaslı antiterror əməliyyatına
başlayıb. Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif
şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar
keçiriblər.
Türk Hava Qüvvələrinə məxsus qırıcılar terrorçuları bombalayıblar.