UEFA rəhbəri Mişel Platini FİFA prezidentliyinə namizədliyini irəli sürəcək.
Apasport.az saytının Fransa mətbuatına istinadən xəbərinə görə, qitə futbol qurumunun başçısı namizədliyini 2 gün sonra rəsmən elan edəcək.
Platininin 6 konfederasiyadan 4-nün dəstəyi ilə təmin olunduğu haqda məlumatlar yayılıb.
Bir həftə öncə FİFA-nın İcraiyyə Komitəsi federasiyanın yeni
prezident seçkisinin fevralın 26-da baş tutacağını və həmin müddətə
qədər Blatterin quruma rəhbərlik edəcəyini açıqlamışdı.
Qeyd edək ki, mayın sonlarında FİFA tarixində görünməmiş qalmaqal baş
vermişdi. Sürixdə federasiyanın yüksək vəzifəli 7 əməkdaşı həbs
olunmuşdu. DÇ-2010, DÇ-2018 və DÇ-2022-nin ev sahiblərinin
müəyyənləşdirilməsində korrupsiya halı qeydə alındığı üçün İsveçrə
polisi məsələ ilə bağlı cinayət işi açmışdı. Buna rəğmən Blatter mayın
29-da FİFA-nın konqresində növbəti dəfə prezident seçilsə də, 4 gün
sonra korrupsiya qalmaqalı ilə əlaqədar olaraq istefa verdiyi
açıqlamışdı.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL