Ağdam rayon Polis Şöbəsinin vəzifəli şəxsi təlim meydançasında odlu silahla vurulub. Ağdam rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün səhər təlim meydançasında Ağdam rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə müavini Allahverdi Haqverdiyevin əlindəki odlu silahdan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb. Ağdam rayon prokurorunun köməkçisi, araşdırmaya rəhbərlik edən Babək Paşayev bildirib ki, bu gün səhər saat 09:00 radələrində təlim meydançasında atəş hazırlığı zamanı Haqverdiyevin əlindəki "Makarov" tipli tapançadan ehtiyatsızlıqdan atəş açılıb və o, qarın boşluğundan xəsarət alıb. Polis zabiti Ağcabədidəki Sarıcalı hospitalına yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Prokuror köməkçisi bildirib ki, Haqverdiyevin həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR