Polkovnik-leytenantdan Ali Baş Komandana - DYP müfəttişindən ŞİKAYƏT
Abşeron rayon, Ceyranbatan qəsəbəsi hərbi şəhərcikdə yaşayan, polkovnik leytenant Musayev Elçin Fərman oğlu tərəfindən Miq.Az saytına daxil olmuş şıkayət məktubunu oxuculara təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ:
AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ
GENERAL- POLKOVNİK RAMİL USUBOVA.
BAŞ DÖVLƏT YOL POLİS İDARƏSİNİN RƏİSİ
POLİS GENERAL-MAYORU RAMİZ ZEYNALOVA.
Miq.Az saytının rəhbərliyinə
Abşeron rayon, Ceyranbatan qəsəbəsi hərbi şəhərcikdə yaşayan, polkovnik leytenant Musayev Elçin Fərman oğlu tərəfindən
Şikayət Ərizəsi
Hörmətli, Cənab Prezident!
Bildirmək istəyirəm ki, 14.01.2017-ci il tarixdə Mingəçevir şəhər DYP müfəttişi Elnur adlı şəxs hərbi xidmətdə olan polkovnik- leytenant Musayev Elçin Fərman oğlunun maşınını saxlayıb mübahisə etmişdir, qanunsuz olaraq mənə məxsus maşını cərimə meydançasına apardılar. Mənim yanımda olan Qarabağ müharibəsi veteranı və şəhid ailəsi Şəfa Zeynalov adlı mülkü şəxsi amansızcasına döyüblər. Döyən DYP Mingəçevir şəhər alayının komandiri polis polkovniki Balakişi Əhmədovun baldızı oğlu polis müvəttişi Anar Allahverdiyevdir. Şəfanı döyməklə bərabər mən 25 il xidmətdə olan polkovnik - leytenantı da xoşagəlməz sözlərlə təhqir etdi. Hətta Migəçevir şəhər DYP rəisi polkovnik- leytenant Bəşirli Bəlyar tabeçiliyində olan müfəttiş Anarın hegamonluğundan çəkinir. Mingəçevir şəhərinə qonaq gələn demək olar ki, bütün maşınları məni kimi saxlayıb, rüşvət tələb edirlər. Mingəçevir şəhər DYP özbaşınaçılıq baş alıb gedir.
Belə ki, mənim maşınımla axrıncı dəfə 2015-ci ildə inzibati xəta törədilib, mənə bu barədə heç bir məlumat verilməyib və aşağlda qeyd olunan qanun tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunmalıyam. Lakn Mingəçevir şəhəri DYP işçiləri hegemonluq edir, qanuna zidd hərəkətlərə yol verirlər. Mingəçevir şəhər DYP əməkdaşlarının demək olar ki, qanundan xəbəri yoxdur, onların gözlərini rüşvət yumub.
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ
Maddə 35. Şəxsin inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan müddət
Barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur.
Hörmətli Cənab Prezident! Cənab Ali Baş Komandan!
Xahiş edirəm bu haqsızlığa son qoyulması barədə ciddi tədbir görün, hərbiçi zabitə qarşı edilən haqsızlıq barədə DYP əməkdaşlarını layiq olmadıqları bu şərəfli peşədən tez bir zamanmda uzaqlaşdırın və adları qeyd edilən şəxslərin cəzalandırılması barədə mənə yazılı məlumat verilməsinə göstəriş verin.
Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm.
Redaksiyadan: Şikayət məktublarınızı
[email protected] email adresinə göndərə bilərsiniz.
Miq.Az