Sarkisyan Rusiya prezidentini ələ saldı
"…sübut etmək üçün onu hamama apardım”
Ermənistan prezidenti Serj Sarkisyana çox yaxınlığı ilə seçilən "News.am" saytı Rusiyanın birinci prezidenti Boris Yeltsinin anadan olmasının fevralın 1-ə təsadüf edən 86 illiyinə rişxəndlə dolu məqalə həsr edib.
İstiPress-in məlumatına görə, elə məqalənin başlığında Boris Yeltsin kinayə ilə Lev Tolstoyun məşhur "Anna Karenina” romanının baş qəhrəmanına bənzədilib. "Anna Kareninanın əməlini təkrar etmək istəyən birinci Rusiya prezidenti”, - deyə başlıqda göstərilir.
Düzdür, məqalənin içində Boris Yeltsinin "Əgər qiymətlər qalxarsa, relsin üzərinə uzanacam” sözləri göstərilərək məsələnin Anna Kareninanın intihar səhnəsi ilə bağlı olduğu bildirilir. Amma ilk baxışda ağla gələn yüksək çinli məmur arvadı Anna Kareninanın gizli eşq yaşadığı qraf Vronskidən kəbindən kənar qız doğması ağla gəlir.
"Pul azdır, amma insanları daha çox sevmək lazımdır".
Yeltsini qorxaq və intihara meylli adam kimi təqdim edən məqalə müəllifi onu həm də tərbiyəsiz insan kimi təsvir edib. Məqalədə iddia edilir ki, Boris Yeltsin 1989-cu ildə ABŞ-a ilk səfəri zamanı Baltimorda təyyarədən enən zaman gözlənilmədən təkərin dibinə gedib və rəsmi heyətin gözü qarşısında yüngül tualet ehtiyacını ödəyib. Məqalədə həmçinin Boris Yeltsinin 1992-ci ildə Bişkekdə Qırğızıstan lideri Əskər Akayevin başında qaşıqla təbil çalmasından da bəhs edilir.
Daha sonra isə Boris Yeltsinin əcaib ifadələri dərc edilir:
Ürəyimin saat kimi işlədiyinə inandırmaq üçün onu hamama apardım.
Pul azdır, amma insanları daha çox sevmək lazımdır.
Siyasətçinin yaşı 65-dir, ondan sonra o, marazma düşür.
Məqalə ermənilərin nə qədər nankor olmasının sübutudur. Boris Yeltsinin sağlığında, o, Rusiya prezidentliyindən getsə belə, Ermənistan rəhbərliyi onun qarşısında yaltaqlanmağı davam edirdi. 2002-ci ildə Boris Yeltsin İrəvana səfərə gələndə prezident Robert Koçaryanın arvadı Bella Koçaryan xüsusi canfəşanlıq göstərirdi. Bu, əbəs deyildi. Boris Yeltsinin prezidentliyi dövründə Qarabağda Rusiya hərbçiləri Ermənistan tərəfindən vuruşmuşdu. Azərbaycan torpaqlarının 20%-i məhz Rusiyanın böyük dəstəyi nəticəsində Ermənistanın nəzarətinə keçmişdi. Robert Koçaryan isə Rusiyada hələ də nüfuz sahibi olan Yeltsinə ənənvi erməni üsulu ilə təşəkkür edirdi. İndi isə ənənəvi erməni üsulu ilə onu söyürlər.
Miq.az