Allahın adıyla bağlı heç nəyin adı, dadı kef deyil!

Allahın adıyla bağlı heç nəyin adı, dadı kef deyil!
Aydın Canıyev
 
Allahın adıyla bağlı heç nəyin adı, dadı kef deyil!

Coni, namazı qıldın?
- Hə
-Ləzzət eley, hə?
- Hə...
Sonra, yəni fb dostuma eşitmək istədiyi cavabı verəndən sonra əlavə etdim:
- Allh sənə kömək olsun, həzrəti-Əli namaza duranda sapsarı saralırdı, ondan soruşanda ki, ey "Bədrin aslanı", bu nə haldı namaza duranda qalırsan, həzrəti-Əli cavab verir ki, mən kimin hüzurunda durduğumu bilirəm. İndi Baykal-Amur Magistralını əvvəlindən sonuna tam heyətdə qatara bəs edəcək qədər günahım ola-ola, nədən həzz alacam? Fərqində olmaq lazım deyilmi ki, insan hamını aldada, xəyanət edə, sevə, bağışlaya, dost və ya düşmən ola bilər, çünki insanın insanla qarşılaşması öhdəlik deyil, borc deyil, missiya deyil, amma Yaradanla... Ələstdə bağlanmış əqddir! inna lillahi və inna iləyhi raciun. Bu qədər sadə və bu qədər bəsit! Həm də asan. Nə çətinlik varsa, onu insan özü yaradır! Və hüzurda... özünsən, bir də yükün! Namaz dombalmaq deyil, bədən gimnastikası, yoqa, nə bilim, səcdə, sədaqət, məhəbbət də həmçinin! Namaz... qiyamət gününün özüdür! Başqalarının da bildiyi və bilmədiyi yaxşı və pis əməllərlə bərabər, təkcə təpədən dörnağacan bələd olduğun həyatının təqdimatıdı Yaradan qarşısında.
Nə ləzzət verə bilər ki, bu məqamda? Axı Allahın adıyla bağlı heç nəyin adı, dadı kef deyil!
Allah Haqqdırsa, haqq uğrunda mübarizədə göstər bir qalib! Yoxdur!
Allah əgər nəfsə qalib gəlməkdirsə, göstər bir qalib! Tapammazsan bu dünyaya qalib gələni!
Dünya əgər ədalətdirsə, dünyada ədalət uğrunda mübarizlərin taleyi bizim ağlımızca faciədən başqa bir şey deyil!
Biz haqq, ədalət uğrunda mübarizləri təqdir edirik, amma onların aqibətini yaşamaq istəmirik!
Biz nəfsinə sahib olmayanları, nəfsi həzrəti-Əlinin zülfüqarından iti olanları təqdir etmirik, amma nəfsimizin sürüklədiyindən də imtina etmirik!
Heç nə bu dünyada ləzzətli deyil. Sadəcə, biz özümüz üçün ləzzətin desertlərini kataloqlaşdırmışıq.
Mən yazmaqdan, çay içməkdən, siqaret çəkməkdən, bir də sevgidən ləzzət alıram!
Namaz... mənim üçün nəfsimlə bacarmadığım əməllərdən uzaqlaşmaq üçün cinayət məcəlləsidir: araqdan, bütövlükdə spritli içkilərdən, qadağanedici, cəmiyyətin təqdir etmədiyi nəsnələrdən imtina üçün ən qüdrətli vasitədir!
Hüquq-mühafizə orqanları, həbs, zor, ölüm məni bu əməllərdən çəkindirə bilmir!
Mən namaz seansında etməkdən qorxmadığım bütün əməllərdən qorxuram!
Mən namaz seansına ona görə başlayıram ki...
Hə, dostum, qoy sənin də sualını burda yazım:
- Ustad, içmirsən?
- Yox. Tərgitmişəm
- Nə vaxtdan?
- Dünəndən. Tövbə etmişəm.
- Nahaq!
- Niyə? Nə yazsam, desinlər ki, alkaşdı, içib yazıb?))))
- Yox! Bu oğraş dünyada içmədən yaşamaq olmaz.
- Mən stimul taparam!
- Onda "Ləvəngi"də çay içərik.
- Yox. Mən çay içərəm, sən pivə də, araq da içə bilərsən. Mən içməyəndə də "dobrıy" oluram...
Hə, əziz fb dostlarım, bəzən qorxmaq lazımdı! Allahdan yox - içib incitdiklərimizdən - bizi bağışlayan, bizə dözən, bizi yola verən, günahımızı üzə vurmayan, üstündən keçən insanlardan. Allah bağışlayan deyil bəndəyə qarşı haqsızlıqları. Oxuduğunuzu düzgün təfsir edin: bu dünyada da, o dünyada da cəzası var hər cinayətin, sadəcə, "vtorçermet"dən - "təkraremal"dan sonra qaraladığımız RUHDAN qalan işığa yenidən həyat verir Yaradan! Bəzən İlkindən İlk olan RUHUMUZDAN QALAN iŞIQ TƏKCƏ QARIŞQA KİMİ YENİDƏN DÜNYAYA GƏLMƏYƏ ÇATIR. Əksər hallarda, eşşək, canavar, çaqqal, bəbir, şir, fil, zürafə, ya da əqrəb alınır!
Hə, bir də deyim, namaz mənim üçün cinayət məcəlləsidi - maddələrindən bayılırcasına qorxduğum!
Ləzzəti isə çay içməkdən, siqaret çəkməkdən, yazmaqdan və sevməkdən alıram!

Yazı Aydın Canıyevin feysbuk statusundan götürülüb.

Miq.Az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az