İran Ermənistanla Azərbaycana qarşı silah istehsal edəcək

İran Ermənistanla Azərbaycana qarşı silah istehsal edəcək
İki ölkənin naziri müzakirə aparıb

Ermənistan İranla hərbi əməkdaşlığa başlayacaq. Söhbət iki ölkənin birgə istehsal edəcəyi pilotsuz uçuş aparatlarından (PUA) gedir. İstiPress "Izrus.co.il"a istinadən xəbər verir ki , Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Hüseyn Dehqanı ilə görüşündə bu barədə müzakirə aparıb. 

Həm İran həm də Ermənistan pilotsuz uçuş aparatının təkmilləşdirilməsi,  istehsalın genişləndirilməsi istiqamətində əməkdaşlıq etməyi düşünür: "Söhbət PUA-ların satışından yox, birgə istehsaldan gedir” - deyə məlumatda qeyd olunub. 

Ehtimal olunur ki, bu silahlar işğal altında olan Dağlıq Qarabağda Azərbaycana qarşı döyüşən erməni hərbi birləşmələrinə istifadəsinə veriləcək. Çünki Ermənistanın öz ərazisindəki qoşunlar Rusiyanın nəzarəti altındadır və belə olan halda Rusiyanın İrandan silah almağına ehtiyac qalmır. Çünki Rusiya İrandan qat-qat keyfiyyətli və dəqiq silah istehsalı sənayesinə malikdir. 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az