Putin Elton Cona zəng edib

Putin Elton Cona zəng edib
Böyük Britaniyalı müğənni "İnstagram” sosial şəbəkəsində bəyan edib ki, Putinlə cinsi azlıqların hüquqlarını müzakirə etmək barədə çıxışından sonra Rusiya prezidenti Vladimir Putin ona zəng edib.
Bu barədə "RİA Novosti” xəbər verir.
"Mənimlə əlaqə saxladığı və telefonla danışdığı üçün prezident Vladimir Putinə təşəkkür edirəm. Onunla LGTB nümayəndələrinin hüquqlarının müzakirə etmək üçün üzbəüz görüşü gözləyirəm”, - deyə "İnstagram” səhifəsində yazıb.
Müğənni telefon danışığının detallarını açıqlamayıb.
Qeyd edək ki, ötəm həftə "BBC”yə müsahibəsində Böyük Britaniyalı məşhur bəstəkar və müğənni, cinsi azlığların huquq müdafiəçisi Elton Con Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. 68 yaşlı müğənni Putinlə cinsi azlıqların hüquqlarını müzakirə etmək istəyirdi.(azvision.az)

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az