Yaxın günlərdə Çexiyanın Ostrava diyarındakı Vışni Lqotı kəndində qaçqınlar üçün yeni düşərgə açılacaq.
Hazırda rayon mərkəzi Zastavka-u-Brno yaşayış məntəqəsində məskunlaşmış miqrantların bir hissəsi yeni düşərgəyə köçürüləcək. Daxili işlər nazirinin müavini İrji Novaçek bu barədə ölkə sakinlərinə məlumat verərək deyib: "Cümə axşamı biz həmin düşərgəyə yerli sakinlər üçün ekskursiya təşkil edəcəyik, cümə günü isə miqrantları oraya köçürəcəyik”.
İki həftə bundan əvvəl nəzərdə tutulurdu ki, Vışni Lqotadakı düşərgə bu il sentyabrın axırı – oktyabrın əvvəlində açılacaq, lakin qeyri-leqalların Çexiyaya axınının kəskin artması üzündən, ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi bu düşərgənin əvvəl nəzərdə tutulandan tez istifadəyə verilməsini qərara alıb. Yeni düşərgədə 220 nəfərin yaşaması nəzərdə tutulur.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL