"Regionlarda yaşayan qadınların insan alveri haqqında anlayışı yetərli deyil. Bəziləri insan alveri ilə sosial problemləri ayırmaqda çətinlik çəkir”.
Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, İsmayıllıda qadınlarla görüş keçirilib: "İsmayıllıda qadınların iştirakı ilə keçirilən tədbirdə "İŞİD-ə aparılan qadınlar insan alverinin qurbanı hesab oluna bilərmi” kimi mövzular müzakirə olundu. İnsan alveri faktında niyyət və gəlir gətirmə əsas meyardır. İŞİD-in qurbanları hələ də beynəlxalq səviyyədə bu meyarlara uyğunlaşdırılmayıb”.
M.Zeynalova qeyd etdi ki, "İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində keçirilən tədbirlərdə əsas istiqamət maarifləndirməyə yönəldilir. Regiondakı qadınlara insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verililir.
Növbəti tədbir İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində keçirilib. Bundan sonra acıq havada "Səs” qrupunun iştirakı ilə məlumatlandırma və konsert proqramı olub. İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə baş tutan tədbirdə 200-ə yaxın insan iştirak edib.
virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL